Ayda əkilən toxumlar cücərdi
Çinin Ayda əkdiyi pambıq toxumları cücərdi.
Çinin kosmik agentliyi məlumat verib ki, “Chang'e 4” zondu vasitəsilə Ayda əkilən pambıq toxumu artıq böyüməyə başlayıb. Digər toxumlar kartof da daxil olmaqla, hələ yetişməyib, amma bu yaxınlarda baş verməsi gözlənilir.
“Chang'e 4” insanlıq tarixində ilk dəfə olaraq Ay planetində, aşağı qravitasiya şəraitində toxumların yetişdirilməsinə başlayıb. Bunu bacararsa, böyük tarixi uğura imza atacaq.