Hesabatlar

Dövlət Agentliyinin sabiq sədri “PMD Hospitality”ə rəhbər təyin edilib

Dövlət Agentlyinin İdarə Heyətinə iki ildir sədrilik edən Samir Qurbanovun yeni iş yeri məlum olub.

Mılumata görə, Samir Qurbanov Mansur oğlu “PMD Group”un törəmə otelçilik şirkəti “PMD Hospitality” MMC-nin baş icraçı direktoru təyin edilib.

Buna qədər “PMD Hospitality” MMC-nin baş icraçı direktoru Azər Mirtaqavi Hüseyn oğlu idi.

Qeyd edək ki, Samir Qurbanov 2020-ci ilin 1 aprelindən Azərbaycan Prezidentinin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri təyin edilmişdi. Onun vəzifəsindən istefa verməsi ilə bağlı hərə bir ay öncə məlumat yayılmışdı.

Ötən gün yayılan xəbərə görə, o bu vəzifəsindən azad edilib, onun yerinə Samir İdayətov təyin edilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)