Türkiyə NATO-ya üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib
Türkiyə NATO-ya üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib.
ENA.az "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı alyansa üzv olan bütün ölkələr məlumatlandırılıb.
"Şərti razılığımızı üzv dövlətlərlə bölüşdük. Bir daha sizə xatırlatmaq istəyirəm ki, əgər bu ölkələr bizim şərtlərimizi yerinə yetirmək üçün lazımi addımları atmasalar, biz prosesi donduracağıq", - Ərdoğan bildirib.
Türkiyə lideri, xüsusən İsveçin razılaşmanın şərtlərini yerinə yetirmədiyini vurğulayıb.