AMB: “Müstəqil ekspert institutu yaradılacaq”

“Sığorta sistemində zərərin qiymətləndirilməsi ilə bağlı müstəqil ekspert institutu yaradılacaq”.
Bununla bağlı Mərkəzi Bankın Sığorta Fəaliyyətinə Nəzarət Departamentinin Direktoru Vüsal Qurbanov məlumat verib. O qeyd edib ki, artıq məsələnin hüquqi bazası hazırdır.
AMB rəsmisi qeyd edib ki, mütəxəssislərin təlimlərə cəlb edilməsi, daha sonra məsələnin praktikaya çevrilməsi prosesinə başlamağı planlaşdırırlar.