Meymunçiçəyi Ərəbistana da çatdı
![](https://ena.az/uploads/news/2022-07/_ena_e8ef9bab966aa71c8aa6bbed8_o.jpg)
Səudiyyə Ərəbistanında meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.
ENA.az xəbər verir ki, bu barədə Səudiyyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, xəstəlik Ər-Riyada krallıqdan kənardan gələn şəxsdə aşkar edilib.
O da bildirilib ki, Səudiyyə Ərəbistanının səhiyyə orqanları xəstə ilə yaxın təmasda olanları müəyyən edə bilib və onların hamısının həkim nəzarəti altındadır.