Elm və Texnologiya

İlon Mask: “Starship” kosmik gəmisinin orbital uçuşu avqustda baş tuta bilər”

“Starship kosmik gəmisinin prototipinin ilk orbital uçuşu avqustun əvvəlində baş tuta bilər”.

ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask bildirib.

“Əgər sınaqlar yaxşı keçərsə, gələn ay”, - İ.Mask sosial şəbəkə istifadəçisinin sualına cavab olaraq tvitterdə yazıb.

Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın Texas ştatında “Starship” üçün “Super Heavy” reaktiv daşıyıcısının prototipinin sınağı zamanı partlayış və bunun nəticədə yanğın baş vermişdi.

İ.Mask həmin vaxt problemin mühərrik işə düşən zaman ​​yarandığını bildirmişdi.

Qeyd edək ki, 100 nəfəri daşıya bilən “Starship” kosmik gəmisi Marsa uçuşlar üçün nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)