“PAŞA Bank”ın səhmdarlarından biri dəyişib
“PAŞA Bank” ASC-nin səhmlərinin 28,2%-nə nəzarət edən “Ador” MMC payını satıb.
ENA.az xəbər verir ki, onun payını “Bless” MMC alıb.
Bankın səhmlərinin qalan hissəsi əvvəlki qaydada “PAŞA Holdinq” MMC-yə (56,8%), 10%-i Arif Paşayevə, 5%-i isə “Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır.