BİZNES

“Unicapital İnvestisiya Şirkəti”nə 4 direktor təyin edildi

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının qərarına əsasən, şirkətin yeni təşkilati strukturu qəbul edilib.

“Unicapital”ın yeni strateji istiqamətlərinə uyğun olaraq, təşkilati strukturda “Direktor” vəzifəsinin yaradılması təsdiq edilib. Yeni struktura əsasən, Vüqar Namazov, Elmira İsmayılova, Tələt Kalayev və Tural Salmanov direktor vəzifələrinə təyin ediliblər. 

İnvestisiya Şirkətinin Baş Meneceri Tahir Qəribov yeni təşkilati strukturla bağlı fikirlərini bildirib: “İdarəetmə prosesinə innovativ yanaşmamız sayəsində tətbiq edilən dəyişikliklər, “Unicapital”ın sürətli inkişafını davam etdirərək, əməliyyatlarımızın genişləndirməsinə imkan verəcək”.

Həmçinin, yeni idarəçilik modelinə əsasən, Baş Menecerin sərəncamı ilə şirkətdə İcraedici Komitə yaradılıb. İcraedici Komitənin fəaliyyəti qarşıya çıxan məsələləri daha operativ qaydada həll edərək, şirkətin innovativ strategiyasını dəstəkləməyə şərait yaradır. 

Beləliklə, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin yeni təşkilatı strukturuna əsasən, icraedici idarəetmə Baş Menecer, Direktorlar və şöbə rəhbərlərinin daxil olduğu kollegial orqan olan İcra Komitəsi üzərindən təşkil edilir.

Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB ASC”yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkət fond bazarının peşəkar iştirakçıları arasında əqdlərin həcmi üzrə aparıcı yer tutmaqda davam edir və Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)