Qarabağ

Nazir beynəlxalq təşkilatları Qarabağa dəvət etdi

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının şaxələnməsi, sahibkarlara dəstəyin göstərilməsi, onlara güzəştli kreditlərin verilməsi və digər tədbirlər həyata keçirilir.

ENA.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda deyib.

Eləcə də oxu: Dünya Bankı Qarabağla bağlı prioritetlərini açıqlayıb

Nazir bildirib ki, bu baxımdan Azərbaycan QDTİB ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

S.Şərifov bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbəsi ilə 30 illik erməni işğalına son qoyaraq ərazilərini azad etdi. “Bu gün Cənubi Qafqaz regionunda sülhün və tərəfdaşlığın təmin edilməsində Azərbaycan tərəfindən əməli addımlar atılır. Müharibə bitdikdən dərhal sonra Azərbaycan öz maliyyə imkanları hesabına bərpa və quruculuq işlərinə başladı.

Ötən il və cari ildə işğaldan azad edilmiş ərazilərin bərpasına 3 milyard manatdan artıq vəsait ayrılıb. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində beynəlxalq təşkilatların və QDTİB-ın iştirakını zəruri hesab edirik. Bankı Qarabağda və Şərqi Zəngəzurda yerli biznes layihələrinə dəstək verməyə dəvət edirik”, - deyə nazir bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)