İqtisadiyyat Nazirliyi “Rəqəmsal xəritə əsaslı platforma” yaradır
İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC “Rəqəmsal xəritə əsaslı platforma”nın yaradılması üçün təkliflər sorğusu elan edib.
ENA.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 13-ü, saat 18:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, akademik Lev Landau küçəsi, 16 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 403-87-91 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.