Gündəm

Külək nə vaxtadək davam edəcək?

Ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən ENA.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, iyunun 24-ü gündüz və iyunun 25-də isə mülayim cənub küləyi əsəcək.

Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da,  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli  yağış yağacağı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)