Elm və Texnologiya

Bəzi telefonlarda “WhatsApp” işləməyəcək

“iOS 10” və “iOS 11” istifadəçiləri oktyabrın 24-dək “iPhone” telefonlarını yeni “iOS 12” və ya daha yüksək versiyalara yeniləməsələr “WhatsApp”dan istifadə edə bilməyəcəklər.

Eləcə də bax: “Telegram”ın pullu versiyası işə salındı

ENA.az xarici KİV-lərə istinadən xəbər verir ki, “iOS 12” istifadəçilərinin hələlik narahat olmalarına səbəb yoxdur, bununla belə mesencerin növbəti addımının bu versiya ilə bağlı olacağı şübhəsizdir.

Həmçinin “Android” istifadəçilərinin cihazlarını “Android 4.1” və ya daha yüksək versiyaya yeniləməli olduğu barədə xəbərdarlıq edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department