Bakıda polis ehtiyatsızlıqdan özünü güllələyib
Bu gün səhər saat 06 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, o, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib.
Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.