İnşaat və əmlak

11 hektar ərazidə Ekoloji Park Kompleksi yaradılır

Gəncə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin gülçülük sahəsində Ekoloji Park Kompleksi salınacaq. Fərqli dizaynı ilə seçiləcək kompleksdə sakinlərin rahatlığı üçün bütün şəraitin yaradılması nəzərdə tutulur. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov kompleks salınacaq əraziyə baş çəkərək hazırlıq işləri ilə tanış olmuşdur. Bildirilmişdir ki, Gəncəçay çayının sahilində salınacaq kompleks 11 hektar ərazini əhatə edəcək. Burada müxtəlif növ gül-çiçək, eləcə də ağac tingləri əkiləcək, əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, həmçinin müxtəlif növ balıqlar üçün akvarium yaradılacaq.  

Qeyd edək ki, Gəncədə  ümumilikdə 14 park və istirahət güşəsi və onların yaşıllıqlarla təmin edilməsi üçün gülçülük təsərrüfatında 30 növdə 60 minə yaxın gül-çiçək və 20 növdə ağac yetişdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)