Sosial iqtisadiyyat

Əmək kitabçası ləğv olunur: Yeni sistem işə düşdü – VİDEO

mək kitabçaları dövriyyədən çıxarılır.

Bundan sonra əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatlar elektron formada həyata keçiriləcək.

Yeni qaydaların əhəmiyyətindən danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hazırki dövrdə əmək kitabçalarından istifadəni əlavə xərc hesab edir.

Onun fikrincə, qanunvericilik aktlarında da müəyyən dəyişikliklər edilməlidir.

Sahib Məmmədov deyir ki, 2006-cı ilə qədər işləyənlərin əmək stajlarının hesablanmasında bəzi problemlər qalmaqdadır. Bu amil də prosesin ləngiməsinə səbəb olur.

Qeyd edək ki, bu prosesin həyata keçirillməsi məqsədilə 2014-cü ildə elektron informasiya sistemi yaradılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)