Valyuta hərracı keçirildi - NƏTİCƏ
14 iyun 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 22.1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Bununla da iyun ayının ilk dörd valyuta hərracında cəmi 130 milyon ABŞ dolları satılıb. Bu da o deməkdir ki, iyun son illərin ən zəif göstəricisinə malikdir.
May ayı ilə müqayisədə iyunda dollar satışı 16% azalıb.
Qeyd edək ki, 2022-ci ilin fevralından başlayaraq aybaay azalır.