Bank

Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 25 % artıb

Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 635,4 milyon manat təşkil edib.

ENA.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 3,45 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 21,15 %, son 1 ildə isə 25 % artıb.

Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət aprelin sonuna da 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il mayın sonuna isə 1,7 % olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)