Birja

Səudiyyəli nazir: "Rusiya neft hasilatını tədricən azaldır"

 "Rusiya OPEC+ sazişi çərçivəsində neft hasilatını çox ləng azaldır".

"BI" xəbər verir ki, bunu CNBC telekanalına müsahibəsində Səudiyyə Ərəbistanı enerji, sənaye, mineral ehtiyatlar naziri Xalid əl Falih deyib.

O, azalmanın tezləşəcəyinə ümidvar olduğunu bildirib: “Biz bazarı tarazlaşdırmaq üçün kifayət qədər addımlar atmışıq. Rusiya istədiyimizdən ləng də olsa, bu işə başlayıb, onların da 2017-ci ildəki kimi sürəti artırıb bazarın tarazlaşmasına müsbət töhfə verəcəklərinə inanıram”.

Xatırladaq ki, ötən ilin dekabr ayında OPEC+ formatının bütün iştirakçı ölkələrinin nazirlər görüşündə 2019-cu il yanvar ayından etibarən yarım il ərzində bütün OPEC və qeyri-OPEC ölkələri tərəfindən gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılıq əldə edilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)