Yoluxanların son STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 063 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 706, bu günə qədər isə ümumilikdə 6 914 600 test icra olunub.