Sığorta

Ekspert: “Belə sığorta şirkətlərinin lisenziyası ləğv edilməlidir”

Son zamanlar taksi sürücülərinin daha çox istifadə etdikləri yüngül mühərrikli hibrid texnologiyalı avtomobillərin sığortasında müəyyən problemlər müşahidə olunur. Sürücülərin iddialarına görə, sığorta şirkətləri bu maşınların icbari sığortasını ya ümumiyyətlə həyata keçirmir, ya da ki bu prosesi yubadırlar. Bəs bunun səbəbləri nədir?

Şirkətlərin hibrid texnologiyalı kiçik mühərrikli avtomobilləri sığortalamaqdan imtina etməsini ekspertlər zərərlilik ehtimalının yüksək olması ilə əlaqələndirir.

Sığorta eksperti Əli Bayramov bildirib ki, “kiçik həcmli avto nəqliyyat vasitələrinin icbari sığortalamasından sığorta şirkətləri imtina edə bilməzlər. İmtina etmə səbəbləri bu avtomobillər üzrə zərərliyin yuxarı olmasıdır. Bunu edən sığorta şirkətləri cərimələnməlidir. Düşünürəm ki, hətta həmin növ üzrə sığortanı aparmaqla bağlı lisenziyanın ləğv olunmasına gətirib çıxarda bilər. ”

Qeyd edək ki, Mərkəzi Bank da kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina edən şirkətlərin cəzalandırılacaqlarını açıqlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)