Sağlamlıq

Azərbaycanda onkoloji xəstəliklər icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil ediləcək

Azərbaycanda onkoloji xəstəliklərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur, bu istiqamətdə araşdırma aparılır.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Eləcə də bax: İcbari tibbi sığorta zərfinə daxil olan xidmətlərin sayı 3 200-ə çatdırılır

O qeyd edib ki, onkoloji xəstəliklərlə bağlı xüsusi dövlət proqramı var:

“Amma tələb çox olduğuna görə növbəti illərdə biz onkoloji xəstəlikləri xidmətlər zərfinə sala bilərik. Biz bu istiqamətdə araşdırmalar aparırıq, onkoloji xəstəliklərin xərclərini müəyyən etmək istiqamətində işlər həyata keçiririk”, - deyə Z.Əliyev əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)