Almaniya Avropanın ən böyük ordusunu yaradır
Almaniya parlamentinin aşağı palatası ölkənin müdafiəsinə 100 milyard dollar ayrılmasına razılıq verib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Vəsait əsasında ordunun modernləşdirilməsi üçün xüsusi müdafiə fondu yaradılacaq. Fond vasitəsilə Almaniya ordusu üçün yeni döyüş təyyarələri, gəmilər, zirehli maşınlar, rabitə avadanlıqları və digər hərbi vasitələr alınacaq.
Büdcə Almaniya kansleri Olaf Şolts tərəfindən hazırlanıb. O, Almaniya ordusunun Avropada ən güclü olacağını bəyan edib.
“Almaniya tezliklə NATO çərçivəsində Avropanın ən böyük ordusuna sahib olacaq. Bu, Almaniya və onun müttəfiqlərinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq”, – deyə kansler qeyd edib.