22 milyon ton taxıl limanlarda qalıb - Rəsmi Kiyev
Rusiyanın blokadası nəticəsində Ukraynanın 22 milyon ton taxılı limanlarda qalıb.
ENA.az xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolenko bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu dəniz ərazilərini minalayıb, Odessa və Qara dənizdəki digər sahil şəhərlərinin müdafiəsini yarmağa çalışır.
XİN rəsmisi qeyd edib ki, Kiyev tərəfdaş ölkələrlə BMT-nin himayəsi altında Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı üçün dəniz marşrutlarının fəaliyyətini öz üzərinə götürəcək beynəlxalq missiyanın yaradılması yollarını müzakirə edir.
Oleq Nikolenko hesab edir ki, ilk addım kimi Rusiya öz qüvvələrini Ukraynanın ərazi sularından çıxarmalı, limanlara və ticarət karvanlarına hücumlara qarşı təhlükəsizlik zəmanəti verməlidir.