Yaxın vaxtlarda Ermənistanla sənəd imzalana bilər - RƏSMİ
Azərbaycan dövləti postmünaqişə dövründə davamlı addımlar atır.
ENA.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sənədin imzalanması gözlənilir.
"Biz Brüssel görüşünü normallaşma prosesində yüksək qiymətləndiririk. Əsas vacib məsələ iki ölkə arasında kommunikasiyaların açılmasıdır. Amma hələ də nəticə əldə edilməyib. Ümid edirik ki, nəticələri görəcəyik. Yaxın zamanda baş nazirlərin müavinlərinin görüşü zamanı bir sənədin imzalanmasını gözləyirik. Konkret addımların atılacağını gözləyirik. Həmçinin yaxın zamanda marşrut işlək hala gələcək. Artıq burada Ermənistanın üzərinə düşən vəzifələri yerinə yetirməsi vacibdir", - deyə XİN başçısı vurğulayıb.