Milli Məclisdə büdcənin icrası müzakirə edilir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
ENA.az xəbər verir ki, iclasda "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunur.
Belə ki, toplantıda komitənin üzvləri, Maliyyə Nazirliyinin və Hesablama Palatasının nümayəndələri iştirak edirlər. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun çıxışı gözlənilir.