Rusiyada bakalavriat və magistratura ləğv ediləcək
Rusiyada Boloniya təhsil sistemi ləğv olunacaq.
Müvafiq qərarı ölkənin Elm və Təhsil Nazirliyi qəbul edib.
Qurumdan bildirilib ki, nazirlik özünəməxsus yeni təhsil sistemi hazırlacaq.
Qeyd edək ki, Boloniya təhsil sistemi beynəlxalq standart kimi qəbul olunur. O, ali təhsilin iki səviyyəsindən – bakalavriat (4 il) və magistraturadan (2 il) ibarətdir. Rusiyada bu sistem 2003-cü ildən tətbiq olunub.