“Samsung" çip sənayesinə 356 milyard dollar sərmayə qoyacaq
Cənubi Koreyanın elektronika nəhəngi “Samsung Electronics” şirkəti yarımkeçiricilər, biofarmasevtiklər, süni intellekt və yeni nəsil texnologiyalar sahəsində artımı sürətləndirmək üçün növbəti 5 il ərzində 450 trilyon von (356 milyard ABŞ dolları) sərmayə qoyacaq.
ENA.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, investisiyalar şirkətin çip sənayesi kimi strateji sahələrdə uzunmüddətli böyüməsini təmin edəcək.
“Yerli çip və biotexnologiya tədarük zəncirlərinin təhlükəsizliyi strateji əhəmiyyət daşıyır və Cənubi Koreyanın iqtisadi təhlükəsizliyi üçün əhəmiyyətlidir. Odur ki, yarımkeçirici/bio təchizat zəncirinə sahib olmaq strateji əhəmiyyət kəsb edir", - deyə şirkətin açıqlamasında qeyd olunub.
“Samsung Electronics” nəzərdə tutuduğu investisiyaların 80%-ni Cənubi Koreyaya yatıracaq.