Aqrar

Azərbaycanda dənli və paxlalı bitkilərin yeni sortları yaradılır

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi -Tədqiqat İnstitutu dənli və paxlalı bitkilərin yeni sortlarının yaradılması istiqamətində seleksiya işləri aparır.

ENA.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində tədqiqat institutları fəaliyyət göstərir: “Həmin institutlardan biri Əkinçilik Elmi-Tətqiqat İnstitudur, institut dənli və paxlalı bitkilərin seleksiyasını, becərmə texnologiyası ilə bağlı tətqiqat işlərini aparır. İnstitut həm yumşaq buğdanın, həm də bərk buğdanın yeni sortlarının yaradılması istiqamətində seleksiya işləri aparır”.

İ.Cümşüdov vurğulayıb ki, sortların yaradılması prioritet istiqamətdir: “Seleksiya proqramına uyğun olaraq buğdanın, arpanın, digər dənli bitkilərin, həmçinin paxlalı bitkilərin seleksiyası aparılır. Bu, ardıcıl olaraq həyata keçirilir, həmin sortlar qeydiyyata alındıqdan sonra fermer təsərrüfatlarında fermerlərin istifadəsinə verilir. Əlbəttə ki, qlobal iqlim şəraitinə uyğun olaraq quraqlığa davamlı, eyni zamanda şoranlığa davamlı və yüksək keyfiyyətli sortların yaradılması əsas hədəfdir. Yeni sortların həm keyfiyyəti yaxşı olmalıdır, eyni zamanda, iqlim amillərinə, stress faktorlarına davamlı olmalıdır”.

Xatırladaq ki, 2021-ci ildə ölkədə 572,3 hektar sahədə buğda əklib. 1 milyon 885 ton buğda yığılıb, məhsuldarlıq isə 32,9 sentner olub. Cari ildə ölkədə 600 min hektardan çox ərazidə buğda əkinləri aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)