Avtomobil

Bakıda bu yolun bir hissəsi bağlanacaq

19 may saat 23:00-dan Səməd Vurğun – Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlı olacaq.

ENA.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, bu, “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədardır.

Yolun həmin hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 – 12 iyunda keçiriləcək. BŞH sürücülərə anlayışlarına görə təşəkkürünü bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)