Dövlət Komitəsinə ayrılan xidməti avtomobillərin sayı artırılıb
Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan xidməti minik avtomobillərinin sayı artırılıb.
ENA.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərara dəyişiklik edib.
Dəyişikliyə əsasən, xidməti minik avtomobillərinin sayı 4-dən 5-ə qaldırılıb.