Tenderlər

BŞİH binaların təmiri və materialların alınmasına təxminən 51 milyon manat xərcləyəcək

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC əsaslı təmir işləri və materialların satın alınmasına 50 milyon 772,951 min manata yaxın vəsait yönəldəcək.

ENA.az www.tender.gov.az saytına istinadən xəbər verir ki, bu məqsədlə MMC iki müqavilə bağlayıb.

“Trilliant Engineering” MMC ilə bağlanmış birinci müqaviləyə əsasən, şirkət Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmirini həyata keçirəcək. Müqavilənin dəyəri 34 milyon 335,999 min manatdır.

İkinci müqavilə “Modul Xidmət” MMC ilə bağlanıb. Müqaviləyə əsasən, şirkət kommunal xidmətlərin göstərilməsinin təmin edilməsi üçün nəzərdə tutulmuş materialların satın alınmasını həyata keçirəcək. Müqavilənin dəyəri 16 milyon 436,951 min manatdır.*

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department