Hökumət parkinqlərlə bağlı iş aparır
Bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də islahatlar davam edir.
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib.
O bildirib ki, Nazirlər Kabinetində Bakı Nəqliyyat Agentliyin yeni əsasnaməsi hazırlanır.
“Əsasnamə hazırlandıqdan sonra parkinq və digər sahələrdə də səlahiyyət bölgüsü müəyyənləşəcək”, – Eldar Əzizov vurğulayıb.