Elm və Texnologiya

AMEA-nın Yüksək Texnologiyalar Parkında robot istehsal ediləcək

AMEA-nın Yüksək Texnologiyalar Parkına (YTP) daha bir inkubator-rezident qəbul olunub.

ENA.az xəbər verir ki, “Troniq” Məhdud Məsuliyyətli Cəmiyyət müasir standartlar əsasında robototexnikaların hazırlanması və onların suni intellekt sistemləri inteqrasiyasının təmin edilməsi həyata keçirir.

Şirkətin həyata keçirdiyi layihələr arasında interaktiv mobil xidmət robotu “Kiki”, mühafizə xidmətlərinə və mülk sahiblərinə anında məlumat vermək imkanına malik “Pignus” sistemi, istənilən növ müəssisədə və ya mühitdə yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış “Seit-uv” robotu, LED lampaların istehsalı və s. qeyd etmək olar.

“Troniq” MMC texnoloji məhsulları sınaqdan keçirtmək üçün bünövrənin müasirləşdirilməsinin tam və kompleks yanaşmasını təklif edir. Bütün avadanlıqlar və proqram təminatları keyfiyyət və təhlükəsizlik üzrə kompleks sınaqlardan keçirilir.

Hazırda YTP-da “Zeytun” Elmi-İstehsalat Şirkəti, “Kaspian İnspekşn Kompani” MMC və fiziki şəxs olan Maya Səbzəliyeva adlı şəxslər var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)