MALİYYƏ

BVF: AMB-nin valyuta ehtiyatları ilin sonuna 7.3 mlrd. dollar təşkil edəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 7,3 mlrd. ABŞ dolları təşkil edəcək.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi “Regional Economic Outlook” hesabatının aprel buraxılışında deyilir. Ehtiyatların 2023-ci ildə isə 7,5 mlrd. dollara çatacağı gözlənilir.

Xatırladaq ki, AMB-nin valyuta ehtiyatları 0,3% azalaraq 2022-ci ilin martın 31-nə 7,136 mlrd. ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)