Azərbaycanda e-ticarətlə ödənişlər 3 dəfəyə yaxın artdı
Azərbaycanda elektron ticarətdə ödənişlərin həcmi bir qədər də artaraq tarixi maksimuma çatıb.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin ilk rübündə e-ticarət ödənişlərinin həcmi 3 milyard 177.67 milyon manat təşkil edib. Bu da 2021-ci ilin ilk rübü ilə müqayisədə 2.7 dəfə artımdır.
E-ticarət ödənişlərinin həcmi yanvarda 920 mln., fevralda 1 mlrd. 016 mln., 1 mlrd. 242 min manat təşkil edib. Mart ayındakı artım fevral ayından 225.95 mln, yaxud 22% yüksəkdir.
Göründüyü kimi e-ödənişlərin ödənişlərində artım tempi kəskin fərqlə yüksəlib. Bu arada aprel ayının 1-nə olan məlumata görə Azərbaycanda 11 mln 771 min bank kartı olduğu, bunun 3 mln 523 min sosial, 2 mln 623 mini əmək haqqı, 4 mln 125 mini digər və 1 mln 500 min ədədi kredit kartları təşkil edib.
POS-terminallarla ödənişlərin həcmi isə 443 mln. manat təşkil edib.