Bank

Yanvar-mart aylarında bankların qazancı 17% artıb: aktivləri necədir?

31 mart 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin cəmi aktivləri 39 milyard 673,2 milyon manat təşkil edir. Belə ki, 2022-ci ilin yanvar-mart aylarında bankların aktivləri 3,1% artıb. 

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 31 dekabr 2021-ci il tarixinə Azərbaycanda bankların aktivləri 38 milyard 462,2 milyon manat təşkil edib. 

Ötən üç ayda bankların kredit portfeli 5,2% artaraq 17 milyard 528,2 milyon manat təşkil edib. Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 941,5 milyon manat təşkil edir.

Bankların öhdəlikləri 3,7% artaraq 34 milyard 731,7 milyon manata bərabərdir. O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankından aldıqları borcun səviyyəsi 0,6% azalaraq 317,2 milyon manata düşüb. Banklardakı depozit portfeli 4,9 faiz çoxalaraq 28 milyard 259,2 milyon manat, o cümlədən əhalinin əmanətləri 12,9 faiz artaraq 10 milyard 200,8 milyon manat təşkil edir.

Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında bankların cəmi xalis mənfəəti 173,9 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 16,9% artım deməkdir. 

Hesabat dövründə bankların faiz gəlirləri 604,2 milyon manat (artım 22%), o cümlədən verilmiş kreditlər üzrə 501,4 milyon manat (artım 27,2%) olub.

Bankların qeyri-faiz gəlirləri 225,9 milyon manat (artım 32,3%) olub.

Bankların faiz xərcləri 143,4 milyon manat (artım 11,2%), o cümlədən depozitlər üzrə 100 milyon manat (artım 21,1%) təşkil edib.

Bankların qeyri-faiz xərcləri 397,8 milyon manat (artım 31,9%) təşkil edir.

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 275,4 milyon manat (artım 24,7%) təşkil edib.

Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 215,6 milyon manat (artım 19,2%), mənfəət vergisi ödənişləri 41,6 milyon manat (artım 29,6%) səviyyəsində olub.

31 mart 2022-ci il tarixinə Azərbaycanda 26 bank, o cümlədən 12 xarici kapitallı bank fəaliyyət göstərir.

Ümumilikdə bankların 486 filialı (2021-ci ilin sonu ilə müqayisədə 1,5% artım) və 95 filialı (azalma 2,1%) var.

Azərbaycanın bank sektorunda 21 031 min nəfər çalışır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)