Bank

Azərbaycan banklarının xarici borcları artdı: xüsusən mart ayında

Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri bu ilin yanvar-mart aylarında 32,6% artıb. Nəticədə xarici borcların həcmi 2022-ci il martın 31-nə 1 milyard 409,7 milyon manata yüksəlib. Mərkəzi Bankın məlumatlarına görə, 2022-ci ilin təkcə mart ayında bankların xarici öhdəlikləri 12,1% artıb və 151,8 milyon manat olub. 

Mərkəzi Bankın məlumatına görə, martın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri isə ötən üç ayda 3,1% azalaraq 5 milyard 627,5 milyon manat təşkil edib. Yalnız mart ayında xalis xarici aktivlər 120,6 milyon manat və ya 2,1% azalıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda bankların xarici öhdəlikləri 12,9% azalmışdı.

Azərbaycanda bankların xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilmiş kreditlər, qeyri-rezidentlərdən cəlb edilmiş depozitlər, qeyri-rezidentlərin qarşısında yerləşdirilmiş qiymətli kağızlar hesabına formalaşır.

Martın sonuna Azərbaycanda 26 bankın fəaliyyət göstərmək üçün lisenziyası olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)