Bank

“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının pay bölgüsü dəyişib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

ENA.az xəbər verir ki, Bankın səhmlərinin 0,13%-nə nəzarət edən “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) payını 0,23%-ə çatdırıb.

Əvəzində kredit təşkilatında digər hüquqi və fiziki şəxslərin payı 4,71%-dən 4,61%-ə düşüb.

ABB-nin səhmlərinin qalan hissəsi əvvəlki qaydada 91,4% olmaqla Maliyyə Nazirliyinə və 3,76% olmaqla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur.

ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)