Rusiyanın 438 milyardlıq layihəsi sanksiyalardan məhv olur
ABŞ-ın sanksiyaları Rusiyanın “МС-21” təyyarələri üçün material almaq yollarını bağlayıb.
"BI" xəbər verir ki, kompozit qanadlar üçün materialları ABŞ və Yaponiya verməkdən imtina edib. “Ростех” onların Rusiyada analoqlarını tapmağa çalışsa da, hələki bir nəticə əldə etməyib.
Ekspertlər hesab edirlər ki, bu gedişlə Hesablama Palatası tərəfindən dəyəri 438 milyard rubl qiymətləndirilən layihənin mənasını itirəcək. МС-21 —“Ту-154” və “Ту-204/214”, həmçinin xarici istehsallı Airbus və Boeing-i əvəzləyəcəkdi. Uzun kompozit qanadlar — onun əsas rəqabət üstünlüklərindən biridir. Bu həm qənaətə imkan verir, həm də salonun genişliyini artırır. Təyyarənin 2020-ci ildə buraxılması planlaşdırılmışdı və amma material ucbatından bir neçə il yubanacağı ehtiaml edilir.