Neft bazarında ciddi gözləntilər var: qiymətlər qalxır
Bugün səhər ticarəti zamanı neftin qiyməti bir gün əvvəl mülayim enişdən sonra zəif və müxtəlif istiqamətlərdə dəyişir. Treyderlər ABŞ-da yanacaq ehtiyatları ilə bağlı rəsmi məlumatları gözləyirlər və qlobal bazarda tələb və təklif balansını qiymətləndirirlər.
Londonun ICE Futures birjasında bugün saat 9:06-a olan Brent markalı neftin iyun fyuçerslərinin dəyəri bir barel üçün 106,89 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,25 dollar (0,23%) çoxdur.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında may ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 101,9 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,06 dollar (0,06%) aşağıdır.
Amerika Neft İnstitutunun (API) gecə saatlarında dərc etdiyi məlumatlara görə, aprelin 1-də bitən həftə ərzində ABŞ-da neft ehtiyatları 1,1 milyon barel artıb. Trading Economics tərəfindən sorğuya qatılan analitiklər orta hesabla 2,06 milyon barel kiçilmə gözləyirdilər.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının rəsmi məlumatları bugün saat 18:30-da dərc olunacaq. S&P Global Commodity Insights-ın sorğusuna qatılan ekspertlər Energetika Nazirliyinin hesabatında neft ehtiyatlarının 1,85 milyon barel azalacağını proqnozlaşdırıblar. Analitiklər həmçinin benzin ehtiyatlarının 350 min barel, distillatların - 700 min barel azalacağını gözləyirlər.
Bu arada, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Rusiya Federasiyasına qarşı yeni sanksiyalarla bağlı təkliflərini açıqlayıb. Xüsusilə, Aİ VTB daxil olmaqla, dörd əsas Rusiyanın bankı ilə əməliyyatlara tam qadağa və Rusiyadan ildə 4 milyard avro həcmində kömür idxalına qadağa qoya bilər.Hələlik məhdudlaşdırıcı tədbirlər neft və qaza şamil edilmir ki, bu da dünya bazarlarında enerji çatışmazlığının pisləşməsi ilə bağlı qorxuları azaldıb.