"Apple" və "Samsung" bu bazarda smartfonların qiymətini artırdı
2019-cu ilin başlanğıcında “Apple” Rusiyanın internet mağazalarında məhsullarının qiymətini 1,7% bahalaşdırıb.
"BI" xəbər verir ki, “Samsung” isə “Galaxy Note 9” daxil olmaqla, bəzi məhsullarının qiymətində artıma gedib.
Ekspertlər isə deyir ki, onlar bazardakı liderlik mövqeyini başqa brendlərə ötürə bilərlər. Qiymət artımını smartfon istehsalçılarının ölkədə ƏDV vergisinin 20% bahalaşmasına olan reaksiyası adlandırmaq olar. Nəticədə, “iPhone Xr”, “iPhone Xs”, “iPhone Xs Max” smartfonlarının və “Macbook Air” noutbuklarının qiyməti 1,7% bahalaşıb. Məsələn, oktyabrda - satışların başlanğıcında “iPhone Xr”in qiyməti 64 990 rubl (təxminən 1651 manat-red.) olsa da, hazırda bu smartfon modeli 66 092 rubldan (1679 manat ) satılır.
Qiymətlər təkcə, “Apple” məhsulları üçün artmayıb. “Samsung”un flaqman modeli, avqustda bazara təqdim olunan - “Samsung — Galaxy Note 9”un qiyməti həmin dövrdə 69 990 rubl olsa da, hazırda şirkətin onlayn mağazasında bu məhsulun qiyməti 2% bahalaşaraq 71 490 rubl olub. Söhbət adıçəkilən modelin 128 GB yaddaşlı məhsulundan gedir. Bundan başqa, artırılmış qiyməti MTC, “Meqafon”, “Bilayna”, “M.Video”, “Svyaznoy” kimi intenet mağazalarında da müşahidə etmək mümkündür. “M.Video” və “Eldorado” ƏDV vergisinin artımına görə, texnikalar üçün pərakəndə satış qiymətində artıma getməyib. Amma bu hal bəzi modellərin qiymətində kiçik faiz dərəcələri ilə artımın yaranmasına səbəb olub”, - deyə nümayəndə qeyd edib.
“Apple” texnikasında və “Samsung”un flaqman məhsulunda qiymətlərin artması markaların ƏDV artımından yaranan itkiləri minimallaşdırmaq istəyinin nəticəsidir”, - deyə bazarda olan partnyor riteylerlər təsdiq edib. Ekspertlər əlavə edir ki, “Samsung” isə qiymət artımı məsələsində “Apple” və ölkədə daha populyar olan “Huawei” arasında orta bir yol tapmağa çalışır. Belə ki, “Samsung” flaqman modelinin qiymətini artırır, çünki bu məhsul onsuz da bazarda baha satılırdı. Digər smartfon modellərinin qiymətini adıçəkilən marka aşağı saxlayır. Buna məqsəd isə aşağı modellərin alıcılıq qabiliyyətinin yüksək olmasıdır”.