Çavuşoğlu: "Rusiya və Ukrayna XİN başçılarının görüşünə hazırlıq görülür"
“Rusiya xarici işlər naziri Sergey Lavrovla ukraynalı həmkarı Dmitro Kulebanın görüşünə hazırlıq görülür”.
ENA.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Ahaber”ə müsahibəsində bildirib.
Nazir Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı görüşündən danışaraq növbəti görüşün Sergey Lavorv və Dmitro Kuleaba arasında keçiriləcəyini gözlədiklərini bildirib. Onun sözlərinə görə, bundan sonra Ukrayna Prezidenti Volodomir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçiriləcəyi ehtimal olunur.
Nazir görüşlərin dəqiq tarixinin müəyyənləşmədiyini desə, bir-iki həftə ərzində baş tutacağını istisna etməyib.
O, hər iki tərəfin bir-birinin ittiham etməsini vurğulayaraq hər iki tərəfdə döyüşən muzdluların olduğunu bildirib.
Çavuşoğlu Vladimir Putinin Türkiyəyə səfərini gözlədiklərini, bunun tarixini rəsmi Moskvanın təyin edəcəyini söyləyib.