Rəsmi

"Polis rəisləri işdən çıxarılmayıb"

Daxili İşlər Nazirliyi Bakının 4 rayonunun polis rəisinin işdən çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

"BI" xəbər verir ki, DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov  Unikal.org-a açıqlamasında bildirib ki, Binəqədi, Xətai, Xəzər və Səbail rayon Polis idarələrinin rəislərinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Sözügedən rayonların polis rəisləri vəzifələrinin başındadırlar. 

Qeyd edək ki, "Report" saytı Binəqədi rayon Polis idarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai rayon Polis idarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər rayon Polis idarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail rayon Polis idarəsinin rəisi, polkovnik Şəmşir Kazımovun işdən azad edilməsi ilə bağlı xəbər yaymışdı. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)