Qeyri-Bank

Bu kredit ittifaqının lisenziyası ləğv olundu

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Nuranə Kredit İttifaqı" tam ortaqlığının lisenziyası ləğv olunub.

ENA.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 43-dən 42-yə düşüb.

Xatırladaq ki, "Nuranə Kredit İttifaqı" 2001-ci ildə, Bərdə rayonunda yaradılıb. Onun nizamnamə kapitalı 38 600 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department