AÇG layihəsindən Neft Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb

2018-ci il ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 9,720 mlrd. dollar daxil olub.
“BI” bu barədə ARDNF-ə istinadən xəbər verir.
Bu məbləğin 245 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.
Məlumata görə, 2001-ci ildən bu il yanvarın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 138,206 mlrd. dollar gəlir əldə olunub.