Hadisə

Rusiyadan qalxan Türkiyə təyyarəsində - BOMBA OLAYI

Türk Hava Yollarına (THY) aid təyyarəyə bomba olduğu xəbərdarlığı bildirilib və təyyarəni döyüş təyyarələri müşayiət edib. Türkiyənin airporthaber.com saytı yazır ki, Rusiyanın paytaxtı Moskvadan İstanbula uçan Türk Hava Yollarına məxsus təyyarəyə Rumıniya hava məkanında bomba xəbərdarlığı gəlib.

Rumıniya döyüş təyyarələri Rumıniya hava məkanını tərk edənə qədər THY təyyarəsini müşayiət edib. Təyyarə İstanbulda rahat eniş edib və kənar dayanacağa çəkilərək ciddi yoxlamalara başlanılıb. Axtarışlarda bomba ilə bağlı hər hansı elementə rast gəlinməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)