Emal sənayesi 26%-dən çox artıb – Mikayıl Cabbarov
![](https://ena.az/uploads/news/2022-03/_ena_b8737092bca4365cb809f74a5_o.jpg)
Azərbaycanda qeyri-neft sektorunun inkişafında prioritet sahələrdən olan emal sənayesində bu ilin ilk 2 ayında ötən ilin müvafiq dövrünə nisbətən 26,5%, qeyri-neft emal sənayesində isə 27% artım qeydə alınıb.
ENA.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.