Axtar

Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 4 %-dən aşağı düşüb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 690,2 milyon manat təşkil edib.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 2,3 % azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 4,1 %, son 1 ildə isə 24,8 % azalıb.

Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,9 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il fevralın sonuna isə 6,3% olub.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33