Bu malların idxalına 5 milyard dollar XƏRCLƏNİB
2021-ci il üzrə əmtəə idxalı 3.4% artaraq 10.4 mlrd.dollar təşkil edib.
ENA..az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, istehlak mallarının idxalının ümumi dəyəri isə 5 mlrd.dollar olub.
Bunun da 1.7 mlrd. dolları ərzaq məhsullarının payına düşüb. Qeyri-neft sektoru üzrə idxal 7.2% artaraq 8.8 mlrd. dollar olub. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (2.7 dəfə), portativ hesablama maşınlarının (64,6%), yük avtomobillərinin (59.4%), şəkərin (42.6%), əczaçılıq məhsullarının (40.1%), ətir və kosmetik vasitələrinin (36%), alkoqollu və alkoqolsuz içkilərinin (27.2%), ağac məmulatlarının (25.5%), mebel məhsullarının (23.7%), daş və şüşə məmulatlarının (22.1%), palma yağının (12.8%), tərəvəz məhsullarının (10.5%), kağız məmulatlarının (8.6%), dənli bitkilərin (7.8%), metalların (6.5%) və tütün məhsullarının (6.3%) idxalı artmış, uçuş aparatlarının (9.9 dəfə), dəmiryol nəqliyyat vasitələrinin (38.6%), rabitə qurğularının (14,1%), kərə yağının (3.5%), gəmilər, qayıqlar və üzən konstruksiyaların (3.3%), sabun və yuyucu vasitələrin (2.9%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8% təşkil edərək 0.8 mlrd. dollar təşkil edib.