Hadisə

Şmiqal: Bu günə qədər Ukraynadakı dağıntıların miqyası 550 milyard dollardan çoxdur

Ukrayna hökumətinin apardığı ilkin hesablamalara görə, bu günə qədər ölkə ərazisində hərbi əməliyyatlar zamanı dağıdılan infrastrukturun bərpası üçün 550 milyard ABŞ dollarından çox vəsait lazımdır.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal Polşa, Sloveniya və Çexiya hökumət başçıları ilə görüşdən sonra bildirib.

"İlkin hesablamalar göstərir ki, hazırda Ukrayna üçün birdəfəlik itkilər 565 milyard ABŞ dollarından çox təşkil edir. Əslində, bunlar dövlətimizin bərpası üçün tələb olunacaq vəsaitlərdir”, - deyə Şmiqal əlavə edib.

Baş nazir vurğulayıb ki, Avropa İttifaqı Ukraynaya bu istiqamətdə güclü dəstəyini ifadə edir.

“Biz Ukraynanın bərpasının maliyyələşdirilməsi baxımından dəstək gözləyirik. Biz bütün dünyanı bu müharibəni dayandırmağa, dövlətimizin bərpası üçün Ukraynaya vəsait ayırmağa çağırırıq”, - deyə Şmiqal əlavə edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)